Avropa ölkələrində supermarketlərə kiberhücum: Milyonlarla avroluq ərzaq korlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Avropanın azı yeddi ölkəsində soyuducu avadanlıqlara edilən kiberhücum nəticəsində onmilyonlarla avro dəyərində ərzaq məhsulu yararsız hala düşüb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə noyabrın 2-nə keçən gecə baş verib. Hücum Belçika, Lüksemburq, İsveç, Finlandiya, İrlandiya, Niderland və Estoniyadakı supermarketlərə təsir göstərib.
Bütün hallarda soyuducu avadanlıqların temperaturu məsafədən müdaxilə yolu ilə müsbət göstəriciyə qaldırılıb. Nəticədə ərzaq məhsulları korlanaraq istifadəyə yararsız hala düşüb.
Analoji hadisə oktyabr ayında Fransada da baş verib. Həmin vaxt naməlum şəxslər ölkə ərazisindəki müxtəlif ticarət şəbəkələrinə məxsus yüzlərlə mağazada soyuducu və dondurucu kameraların temperaturunu yüksəldə biliblər.
Belçikada baş verən hadisələr kiberhücum kimi qiymətləndirilib. Ölkədə, eləcə də Lüksemburqda "Delhaize", "Spar" və "Carrefour" ticarət şəbəkələri hücuma məruz qalıb. İsveçdə isə "ICA" və "Coop" ərzaq şəbəkələrinə ziyan dəyib. Səhər saatlarında bəzi dondurucu kameralarda temperaturun müsbət 50-55 dərəcəyə çatdığı bildirilir.
İrlandiyada "SuperValu" şəbəkəsinin 13 supermarketi zərər çəkib. Niderlandda "Danfoss" şirkətinin istehsalı olan soyuducu avadanlıqlara müdaxilə edilib. Oxşar hadisələr Finlandiyanın "K Group" supermarketlər şəbəkəsində də qeydə alınıb.
Estoniyada isə "Selver" supermarketlər şəbəkəsi hücumların hədəfi olub. Bu hadisələrin də "Danfoss" şirkətinin avadanlıqları ilə bağlı olduğu bildirilir.
Dəymiş ziyanın ümumi həcmi hələlik müəyyənləşdirilməyib.
Oxşar xəbərlər
Tramp CAR və Ruandanı ABŞ-nin ticarət güzəştlərindən məhrum etmək qərarına gəlib
ABŞ Prezidenti Donald Tramp Cənubi Afrika Respublikasını (CAR) və Ruandanı bir sıra Afrika ölkələrinin mallarının Amerika bazarına rüsumsuz çıxışını nəzərdə tut...