Türkiyədə güclü zəlzələ baş verib
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 19:49-da (Bakı vaxtı ilə 20:49-da) baş verib. Zəlzələnin İstanbul da daxil olmaqla, bir sıra iri şəhərlərdə hiss olunduğu bildirilir.
Məlumata görə, zəlzələnin episentri Aralıq dənizində, Muğla vilayətinin Datça rayonundan 253,19 kilometr məsafədə yerləşib.
Zəlzələnin ocağı 9,07 kilometr dərinlikdə qeydə alınıb.
Bundan sonra 4,2 maqnitudalı yeraltı təkan baş verib. Yeraltı təkanın ocağı Osmaniyə vilayətinin Sumbas rayonunda 7 km dərinlikdədir.
Oxşar xəbərlər
Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb
ABŞ və İran arasında mümkün danışıqlarının gündəliyi Tehranın daha əvvəl təklif etdiyi yeddi günlük planın şərtlərindən ibarətdir. BAKU.WS "Report"a istinadən x...