Alimlərdən xəbərdarlıq: Qlobal istiləşmə buzlaqlara geri dönməz zərər vura bilər

Alimlərdən xəbərdarlıq: Qlobal istiləşmə buzlaqlara geri dönməz zərər vura bilər
Dünya 7

Qlobal temperatur artımının 1,5 dərəcəni müvəqqəti də olsa keçməsi buzlaqların və qütb buz örtüklərinin geri dönməz şəkildə əriməsinə səbəb ola bilər.

BAKU.WS xəbər verir ki, BMT-nin dəstəklədiyi hesabat 80 alimin araşdırmaları əsasında hazırlanıb. Sənəddə bildirilir ki, Yer kürəsi sənayeləşmədən əvvəlki dövrlə müqayisədə artıq 1,3 dərəcə istiləşib.

Alimlərin fikrincə, temperatur artımı 3 dərəcəyə çatarsa, daimi donuşluq ərazilərinin böyük hissəsi əriyə, okean axınlarında ciddi dəyişikliklər baş verə bilər. Qrenlandiya və Antarktida buz örtüklərinin əriməsi isə dəniz səviyyəsinin yüksəlməsini sürətləndirəcək.

Hesabatda vurğulanır ki, temperatur sonradan 1,5 dərəcəyə endirilsə belə, buzlaqlarda yaranan zərərin böyük hissəsini geri qaytarmaq mümkün olmayacaq. Buna görə də alimlər istixana qazı emissiyalarının təcili azaldılmasına çağırıblar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər