"Qırmızı kitab"a düşmüş quş sərnişin təyyarəsinin işıqlarını zədələyib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsində "Superjet" tipli sərnişin təyyarəsi eniş zamanı nadir ağ kəkliyi ilə toqquşub. Hadisə nəticəsində təyyarənin bəzi avadanlıqları zədələnib.
BAKU.WS xəbər verir ki, Shot nəşrinin məlumatına görə, Ufa şəhərindən Novı Urenqoya uçan təyyarə enişə yaxınlaşarkən quş ön şassinin altına düşüb.
"Qırmızı kitab"a düşmüş quşla toqquşma nəticəsində təyyarənin eniş və hərəkət işıqları, eləcə də onlardan birinin elektrik birləşdiricisi zədələnib. Bu nasazlığın enişdən sonra pilotların görmə imkanlarına təsir göstərə biləcəyi bildirilib.
Buna baxmayaraq, təyyarə enişi normal şəkildə həyata keçirib. Hadisə zamanı sərnişinlər arasında xəsarət alan olmayıb.
Oxşar xəbərlər
Alimlərdən xəbərdarlıq: Qlobal istiləşmə buzlaqlara geri dönməz zərər vura bilər
Qlobal temperatur artımının 1,5 dərəcəni müvəqqəti də olsa keçməsi buzlaqların və qütb buz örtüklərinin geri dönməz şəkildə əriməsinə səbəb ola bilər. BAKU.WS x...