ABŞ-də yaşayış ərazisinə təyyarə düşüb: 9 nəfər ölüb

ABŞ-də yaşayış ərazisinə təyyarə düşüb: 9 nəfər ölüb
Dünya 28

ABŞ-nin Florida ştatında "Learjet 60" tipli özəl təyyarənin yaşayış ərazisinə düşməsi nəticəsində göyərtədə olan 9 nəfərin hamısı həlak olub.

BAKU.WS xəbər verir ki, hadisə Palm Biç dairəsində baş verib. Təyyarə yerə çırpıldıqdan sonra alovlanıb. Zərbənin təsirindən yolda böyük çuxur yaranıb.

ABŞ Federal Aviasiya Administrasiyasının məlumatına görə, təyyarə Texas ştatındakı Ostin-Berqstrom Beynəlxalq Hava Limanından havaya qalxaraq Baham adalarındakı Nort Eleuthera hava limanına istiqamətlənib.

Hadisə yerinə yanğınsöndürmə və xilasetmə qrupları cəlb olunub. Qəzanın səbəbi hələlik məlum deyil.

ABŞ-nin nəqliyyat naziri Şon Daffi bildirib ki, qəza yerli vaxtla saat 12:50 radələrində baş verib.

Qeyd edək ki, təyyarə Prezident Donald Trampın iqamətgahının yerləşdiyi Mar-a-Laqo ərazisindən 11 kilometrdən az məsafədə qəzaya uğrayıb. Trampın qəza baş verməzdən təxminən bir saat əvvəl ərazini tərk etdiyi bildirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər