ABŞ-də biznes-jet yaşayış massivinə çırpıldı: 9 nəfər ölüb

ABŞ-də biznes-jet yaşayış massivinə çırpıldı: 9 nəfər ölüb
Video
Dünya 122

ABŞ-nin Florida ştatında şəxsi təyyarənin qəzaya uğraması nəticəsində 9 nəfər həyatını itirib. "Learjet 60" tipli biznes-jet yaşayış evlərinin yerləşdiyi əraziyə düşərək güclü yanğına səbəb olub.

BAKU.WS xəbər verir ki, hadisə noyabrın 1-də yerli vaxtla saat 13:00 radələrində Qrinakres şəhərində, Palm-Biç dairəsində yerləşən mobil evlər parkında baş verib.

Təyyarə əvvəlcə ağaca toxunub, daha sonra elektrik xətlərini qıraraq yaşayış evlərindən birinə çırpılıb. Toqquşmadan sonra ərazidə yanğın başlayıb. Təyyarə və zərbə alan mobil ev demək olar ki, tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

ABŞ-nin nəqliyyat naziri Şon Daffi "X" hesabında bildirib ki, qəza zamanı təyyarənin göyərtəsində olan 9 nəfərin hamısı ölüb. Onun sözlərinə görə, biznes-jet Texas ştatının Ostin şəhərindən havaya qalxaraq Baham adalarına uçurmuş.

Hadisə yerində aparılan ilkin araşdırmalardan sonra ABŞ Federal Aviasiya Administrasiyası (FAA) və Nəqliyyat Nazirliyi qəzanın səbəblərini müəyyənləşdirmək üçün araşdırmaya başlayıb.

Təyyarənin yaşayış massivinə düşməsi nəticəsində yerdə olan şəxslər arasında ölən və ya xəsarət alanların olub-olmadığı barədə isə hələlik rəsmi məlumat açıqlanmayıb. Əraziyə yanğınsöndürmə və xilasetmə qüvvələri cəlb olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər