Fransada etiraz aksiyalarında 78 nəfər xəsarət alıb
Yeniliklərdən dərhal xəbərdar olun
Fransada kütləvi etiraz aksiyaları zamanı nümayişçilərlə polis arasında baş verən toqquşmalarda təxminən 60 etirazçı və 18 hüquq-mühafizə əməkdaşı yaralanıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti təcili yardım xidmətlərinə istinadən məlumat yayıb. Yaralanan nümayişçilərdən dördünün vəziyyətinin ağır olduğu bildirilir.
Bununla belə, xəsarət alan polislərin sayı ilə bağlı fərqli məlumatlar var. Marsel prefekturası təkcə bu şəhərdə 19 hüquq-mühafizə əməkdaşının yaralandığını açıqlayıb.
"Le Parisien" qəzetinin məlumatına görə, iğtişaşlar zamanı 515 yanğın hadisəsi qeydə alınıb, 36 müəssisəyə ziyan dəyib.
Oxşar xəbərlər
İlon Mask: Mars ABŞ-nin bir hissəsi olacaq
"Tesla" və "SpaceX" şirkətlərinin sahibi İlon Mask Marsın gələcəkdə ABŞ-nin bir hissəsi ola biləcəyini bildirib. BAKU.WS xəbər verir ki, Mask bu açıqlamanı 2025...