Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb

Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 24

Türkiyənin İzmir vilayətinin Urla və Karaburun rayonlarında 87 qanunsuz miqrant saxlanılıb.

BAKU.WS xəbər verir ki, yerli mətbuatın məlumatına görə, Sahil Mühafizəsi və Jandarm qüvvələri qanunsuz miqrasiya ilə mübarizə çərçivəsində əməliyyat keçiriblər.

Əməliyyat zamanı qanunsuz miqrasiyanı təşkil etməkdə şübhəli bilinən üç nəfər barəsində hüquqi prosedurlara başlanılıb.

Saxlanılan miqrantlar müvafiq prosedurlar başa çatdıqdan sonra Miqrasiya İdarəsinə təhvil veriliblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər