ABŞ-də stadion yaxınlığında atışma: ölən və yaralananlar var
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Alabama ştatında yerləşən Birmingem şəhərində atışma hadisəsi baş verib. Nəticədə bir nəfər həyatını itirib, səkkiz nəfər isə güllə yarası alıb.
BAKU.WS xəbər verir ki, hadisə "Legion Field" stadionunun yaxınlığında, oktyabrın 31-də Amerika futbolu üzrə matç başa çatdıqdan bir neçə saat sonra qeydə alınıb.
"ABC News" telekanalının polisə istinadən yaydığı məlumata görə, atışma yerli vaxtla təxminən saat 19:50-də baş verib. Hadisə zamanı ümumilikdə doqquz nəfər güllə xəsarəti alıb. Onlardan biri aldığı yaralardan ölüb, yaralılardan birinin vəziyyəti isə ağırdır.
Polis əməkdaşları hadisə yerində bir neçə odlu silah aşkarlayıblar. Atışmada şübhəli bilinən şəxs saxlanılaraq dindirilmək üçün polis nəzarətinə götürülüb.
Hadisənin hansı səbəbdən baş verdiyi və atışmada neçə nəfərin iştirak etdiyi barədə hələlik ətraflı məlumat verilməyib.
Oxşar xəbərlər
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkə istifadəsi ilə bağlı qadağa qüvvəyə minib
Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsinə dair yeni qaydalar tətbiq olunmağa başlayıb. Noyabrın 1-dən etibarən 15 yaşını tamamlamamış şəxslərin sosia...