Hansı bürclərin daha acgöz olduğu açıqlanıb
Astrologiyada bəzi bürclər daha çox pul, dəbdəbə, diqqət və sahib olduqlarını artırmaq istəyi ilə əlaqələndirilir.
BAKU.WS xəbər verir ki, astroloji şərhlərə görə, Buğa, Şir, Oğlaq, Əqrəb və Əkizlər bürcləri bəzən acgöz və doyumsuz davranışlarla əlaqələndirilir.
Buğa bürcü rahatlığı, maddi təminatı və keyfiyyətli həyatı sevməsi ilə seçilir. Bu xüsusiyyət bəzi hallarda daha çox sərvət və bahalı əşyalar əldə etmək istəyi kimi qiymətləndirilir.
Şir bürcü diqqət mərkəzində olmağı, tərif eşitməyi və dəbdəbəli həyat tərzini sevməsi ilə tanınır. Onun hər şeyin ən yaxşısına sahib olmaq istəyi bəzən tamahkarlıq kimi yozulur.
Oğlaq bürcü isə karyera, uğur və maddi sabitliyə verdiyi önəmlə fərqlənir. Daha yüksək məqsədlərə çatmaq və qazancını artırmaq istəyi onun əsas xüsusiyyətlərindən sayılır.
Əqrəb bürcü istəklərinə çatmaqda israrlı olması və münasibətlərdə sahiblik hissi ilə əlaqələndirilir. Əkizlər isə yeniliklərə, fərqli təcrübələrə və yeni imkanlara marağı ilə seçilir.
Qeyd edək ki, bu yanaşmalar astroloji təsvirlərə əsaslanır. İnsanın acgöz və ya tamahkar olması onun bürcündən deyil, xarakterindən, tərbiyəsindən və həyat təcrübəsindən asılıdır.
Oxşar xəbərlər
"Həyat ekrandan böyükdür": Bakıda Beynəlxalq Kitab Sərgisi necə keçir?
"Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya". XII Bakı Beynəlxalq Kitab Sərgisinin builki şüarı belədir. Kitabın ekranlardan üstünlüyünə, mü...