Bakı-Tbilisi qatarında BİLET UCUZLAŞDI: Bu gündən...
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) bu gündən Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçirməsi nəticəsində sərnişinlər 30 faiz daha ucuz qiymətə səyahət edə biləcəklər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
B. Hacıyevin sözlərinə görə, gündəlik reyslərin sayının dördə çatdırılması sərnişinlərə daha çox seçim və yer əldə etmək imkanı verir:
"Azərbaycan Dəmir Yolları" bu gündən etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayını artırır. Gündəlik reyslərin sayı ikidən dördə çatdırılıb. Bu, sərnişinlərə daha çox seçim və yer əldə etmək imkanı verir. Yerlərin sayı 386-dan 564-ə çatdırılıb ki, bu da təxminən 50 % artım deməkdir. Yeni reyslər sərnişinlərə həm də gündüz səyahət imkanları təqdim edir. Belə ki, hər gün qatar Bakıdan 23:10 və 09:10-da, Tbilisidən isə saat 11:00 və 22:00-da hərəkət edəcək. Bu reyslər sərnişinlərə daha aşağı büdcəli səyahət imkanları da təqdim edir. Belə ki, sərnişinlər 30 % daha ucuz bilet əldə edə bilərlər".
Şöbə müdiri marşrut üzrə bir istiqamətə Bakıdan Tbilisiyə minimum gediş haqqının 54 AZN, Yevlaxdan 44 AZN, Gəncədən 41 AZN, Ağstafadan 38 AZN, Böyük Kəsikdən Tbilisiyə isə 36 AZN təşkil etdiyini diqqətə çatdırıb.
Oxşar xəbərlər
Şagirdləri aqressivləşdirən üç əsas amil açıqlandı
Sosioloq Üzeyir Şəfiyev Baku TV-yə açıqlamasında məktəblərdə şagirdlər arasında aqressiyanın artmasının səbəblərindən danışıb. Onun sözlərinə görə, şagirdlərin...