Şagirdləri aqressivləşdirən üç əsas amil açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Sosioloq Üzeyir Şəfiyev Baku TV-yə açıqlamasında məktəblərdə şagirdlər arasında aqressiyanın artmasının səbəblərindən danışıb.
Onun sözlərinə görə, şagirdlərin davranışına, ilk növbədə, ailə, məktəb və sosial şəbəkələrdəki mühit təsir göstərir.
Sosioloq bildirib ki, ailədə valideynlər arasında, eləcə də valideynlə övlad arasındakı münasibətlərdə aqressiv davranışların olması uşaqların psixologiyasına mənfi təsir göstərir.
O qeyd edib ki, məktəb mühitində şagirdlərin bir-birini alçaltması, təhqiredici ifadələr işlətməsi, həmçinin müəllim və şagirdlər arasında yaranan problemlər də aqressiyaya səbəb olur.
Üzeyir Şəfiyev sosial şəbəkələrin də bu prosesə təsir etdiyini vurğulayıb. Onun sözlərinə görə, xüsusilə "TikTok" və digər platformalarda aqressiyanı təşviq edən paylaşımların yayılması şagirdlərin davranışlarına birbaşa təsir göstərir.
Sosioloqun fikrincə, aqressiya xüsusilə 11-16 yaşlı yeniyetmələrdə daha qabarıq müşahidə olunur. Bu dövrdə orqanizmdə baş verən fizioloji və psixoloji dəyişikliklər də davranışlara təsir edir. Buna görə də həmin yaş qrupuna aid şagirdlərlə tərbiyəvi işlərin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Oxşar xəbərlər
Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı
Paytaxtda Dilarə Əliyeva küçəsi 243 ünvanında yerləşən çərəz mağazasında oğurluq hadisəsi baş verib. BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, mağaz...