Zelenski Ukrayna üzrə danışıqların Türkiyədə keçirilməsini təklif edib
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə münaqişənin nizamlanması üzrə üçtərəfli danışıqların Türkiyədə keçirilməsini təklif edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, o bu barədə Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Kiyev üçtərəfli görüşə hazırlaşır və Ərdoğanla danışıqlar zamanı Zelenski belə bir görüşün Türkiyədə keçirilməsi və prosesə Ankaranın, eləcə də Ukraynanın Avropa və digər tərəfdaşlarının cəlb edilməsi imkanını müzakirə edib.
Bundan əlavə, Zelenski Ukrayna ilə Türkiyəni təhlükəsizlik və müdafiə sənayesi sahəsində müttəfiq adlandırıb. Onun sözlərinə görə, danışıqlar zamanı liderlər həmçinin Qara dəniz taxıl dəhlizi üzərində işləməyə dair razılığa gəliblər.
"Bu, ilk növbədə, ərzaq təhlükəsizliyinə də aiddir və bu gün biz prezidentlə (Ərdoğanla - red.) Qara dəniz taxıl dəhlizinin effektivliyi üçün iş görmək barədə razılığa gəldik", - Zelenski əlavə edib.
Oxşar xəbərlər
SEPAH: Hörmüz boğazında neft tankeri minaya düşüb
Hörmüz boğazında İranın müəyyənləşdirdiyi marşrutla hərəkət etməyən neft tankeri minaya düşüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İslam İnqil...