Çində yeni tendensiya - Gənclər ev heyvanı əvəzinə mamır basmış kərpic saxlayırlar
Yeniliklərdən dərhal xəbərdar olun
Çində gənclər arasında qeyri-adi hobbi populyarlaşıb. Belə ki, onlar ev heyvanı əvəzinə üzərində mamır yetişən kərpiclər saxlayırlar.
BAKU.WS xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, bu qeyri-adi "ev heyvanları" xüsusi qulluq tələb etmir. Kərpicin üzərinə gündə bir neçə dəfə su püskürtmək və mamırın böyüməsini gözləmək kifayətdir. Kərpicə su vermək unudularsa belə, ciddi problem yaranmır. Bu zaman mamır sadəcə "qış yuxusuna" gedir.
Qeyri-adi hobbinin əsas məqsədi gənclərə stress və tənhalıqla mübarizədə kömək etmək, onlara həyatlarında məşğuliyyət və məna qazandırmaqdır.
Lakin bu məşğuliyyətin mənfi tərəfləri də var. Belə ki, kərpiclərin üzərində kif yarana bilər. Bəzi sahiblər isə gözlərdə qaşınma və burun axmasından şikayət edirlər.
Oxşar xəbərlər
"Qalatasaray"ın komandanı daşıyan avtobusuna kartof-soğan yüklədilər
Türkiyənin "Qalatasaray" voleybol komandasına məxsus avtobusu bu dəfə tərəvəz daşımaq üçün istifadə edilib. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu b...