Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? - Deputatdan yeni açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
"Minimum əməkhaqqı və pensiyaların artırılması üçün növbəti ilin dövlət büdcəsində kifayət qədər fiskal imkanların olduğunu düşünürəm. Belə ki, 2027-ci ildə dövlət büdcəsinin xərcləri 42,4 milyard manat təşkil edəcək".
Bunu BAKU.WS-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, vəsaitlərin 44 faizinin sosial istiqamətlərə yönəldilməsi nəzərdə tutulur ki, bu da 18 milyard manatdan çox məbləğ deməkdir:
"Bundan başqa, Prezident tərəfindən minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılması ilə bağlı müvafiq göstərişlər verilib. Hazırda aidiyyəti qurumlar bu istiqamətdə zəruri işlər aparırlar. Bu baxımdan, növbəti ildə sosial ödənişlərdə artımların həyata keçirilməsi gözləniləndir.
Artımların konkret faizinə gəldikdə isə, hesab edirəm ki, burada əsas meyar sonuncu artımlardan sonra ölkədə qeydə alınan inflyasiya səviyyəsi olmalıdır. Məsələn, minimum əməkhaqqında sonuncu artım 2025-ci ildə həyata keçirilib. Həmin tarixdən indiyədək ərzaq, qeyri-ərzaq məhsulları və xidmətlər üzrə qiymət dəyişiklikləri nəzərə alınaraq yeni artım faizi müəyyənləşdirilməlidir".
Deputat əlavə edib ki, artımın inflyasiya səviyyəsini üstələməsi vacibdir:
"Əks halda, nominal olaraq əməkhaqqı və pensiyalar yüksəlsə də, vətəndaşların real alıcılıq qabiliyyətində ciddi yaxşılaşma baş verməyə bilər. Buna görə də təklifimiz ondan ibarətdir ki, artımlar hesablanarkən əvvəlki dövrün inflyasiya göstəriciləri əsas götürülsün və müəyyən edilən artım faizi qiymət artımından yüksək olsun.
Bu yanaşma minimum əməkhaqqı və pensiyaların real dəyərinin qorunmasına, eləcə də əhalinin sosial təminatının yaxşılaşdırılmasına imkan verə bilər. Əsas məqsəd yalnız rəqəmlərdə artıma nail olmaq deyil, həmin artımın vətəndaşların gündəlik həyatında və alıcılıq qabiliyyətində real şəkildə hiss olunmasını təmin etməkdir".
Orxan Hüseyn
Oxşar xəbərlər
EDR vs XDR vs MDR: fərqlər nədir və hansı həlli seçmək lazımdır?
EDR, XDR və MDR arasındakı fərqləri öyrənin. Təhdidlərin aşkarlanması, cavab imkanları və biznesiniz üçün uyğun kibertəhlükəsizlik həllini müqayisə edin. EDR,...