Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa edilir
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 20-dən Bakı–Balakən–Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti bərpa olunacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Məlumata əsasən, qatar Bakıdan noyabrın 20-dən, Balakəndən isə 21-dən etibarən hərəkət edəcək.
"Xatırladaq ki, bu marşrut üzrə sərnişindaşıma xidməti sel hadisəsindən zərər görmüş Qax-Zaqatala dəmir yol xəttinin təmiri ilə əlaqədər müvəqqəti dayandırılıb. Təmir işləri yekunlaşıb və qeyd olunan tarixlərdən Bakı-Balakən-Bakı marşrutu ilə səfərlərin bərpası təmin ediləcək", - ADY-dən qeyd edilib.
Bu il avqustun 1-də Bakı-Balakən-Bakı marşrutu üzrə sərnişin daşımaları müvəqqəti dayandırılmışdı.
Oxşar xəbərlər
Baş nazirdən bəzi qurumlarda çalışan əməkdaşların maaşları ilə bağlı qərar
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi"nin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tə...