Kartdan-karta pul atanların NƏZƏRİNƏ - Bu halda limit ləğv edilə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
"Kartdan-karta köçürmələrdə limitlərin artırılması və ya aradan qaldırılması üçün banklara müraciət etmək mümkündür".
Bunu BAKU.WS-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, bunun üçün vətəndaş istifadə etdiyi kartın və hesabın təyinatı barədə banka məlumat verməli və müvafiq əsaslandırma təqdim etməlidir:
"Xüsusilə ianə toplayan şəxslər bu imkandan yararlana bilərlər. Məsələn, hər hansı vətəndaş ianə məqsədilə bank hesabı və ya kart açırsa, həmin kartın bu məqsədlə istifadə olunacağını xidmət göstərən banka bildirməli, müraciətinə müvafiq əsaslandırma əlavə etməlidir. Bu halda daha yüksək limitlərin müəyyənləşdirilməsi və ya limitlərin aradan qaldırılması mümkün ola bilər.
Eyni yanaşma rəsmi gəliri olan və yaxınlarına mütəmadi olaraq daha böyük məbləğdə pul köçürmək istəyən şəxslərə də aiddir. Belə hallarda bank köçürmələrin məqsədini nəzərə alaraq müvafiq limitləri müəyyən edə bilər.
Yəni kartdan-karta əməliyyatlarla bağlı tətbiq edilən məhdudiyyətlərin dəyişdirilməsi üçün vətəndaşın banka müraciət etməsi və hesabın hansı məqsədlə istifadə olunacağını əsaslandırması vacibdir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Yeni Suraxanı-Hövsan dəmiryol xətti bərpa ediləcək, layihələndirmə işlərinin 30 %-i yekunlaşıb
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Yeni Suraxanı-Hövsan dəmir yolu xəttinin bərpası nəzərdə tutulur, layihələndirmə işlərinin 30 %-i yekunlaşıb. BAKU.WS r...