Kristian Pulişiç "Milan"la müqaviləsinin müddətini uzadıb

Kristian Pulişiç Milanla müqaviləsinin müddətini uzadıb
İdman 10

ABŞ millisinin hücumçusu Kristian Pulişiç İtaliyanın "Milan" klubu ilə yeni müqavilə imzalayıb.

BAKU.WS xəbər verir ki, klubun rəsmi saytı futbolçunun yeni müqaviləsinin 2031-ci ilin yayına qədər qüvvədə olacağını açıqlayıb.

28 yaşlı hücumçu 2023-cü ildən "Milan"ın formasını geyinir. O, cari mövsümdə İtaliya çempionatında 6 oyuna çıxaraq 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Pulişiç Avropa Liqasında da 2 matçda iştirak edib.

Amerikalı futbolçu "Milan"la İtaliya Superkubokunun qalibi olub. O, İtaliya klubuna qədər Almaniyanın "Borussiya Dortmund" və İngiltərənin "Çelsi" komandalarında çıxış edib.

Qeyd edək ki, "Milan" hazırda İtaliya A Seriyasının turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər