Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək.
BAKU.WS xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətindən Oxu.Az-a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarına əsasən, ölkənin soyuq iqlim şəraitinə malik 26 şəhər və rayonunda istilik mövsümü noyabrın 1-dən 2027-ci il mayın 1-dək davam edəcək.
Qeyd olunub ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 29 oktyabr 2026-cı il tarixli sərəncamına əsasən, noyabrın 1-dən şəhərdəki bütün fərdi və mərkəzləşdirilmiş qazanxanaların fəaliyyəti təmin ediləcək.
Beləliklə, noyabrın 1-dən etibarən Naxçıvan şəhərində istilik təchizatına başlanılacaq.
Oxşar xəbərlər
Bu rayonda 300 metrlik bənd yenidən qurulur - 3.2 milyon manat ayrıldı
Zaqatala rayonunda sel və daşqın sularına qarşı mühafizə tədbirləri çərçivəsində mövcud daş-beton bəndlərdən birinin əsaslı təmiri nəzərdə tutulur. Layihənin əs...