İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda keçirilən FIFA U-15 dünya çempionatının və festivalının qalibi müəyyənləşib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, A Divizionunun həlledici oyununda İspaniya və Çexiya komandaları üz-üzə gəlib.
Bakı Kristal Zalındakı qarşılaşmanı Azərbaycanın FIFA referisi Əliyar Ağayev idarə edib.
Görüş İspaniya seçməsinin qələbəsi ilə yekunlaşıb - 3:0.
Bundan əlavə, günün ilk yarısında B, C, D, E və F Divizionlarının da qalibi bəlli olub.
A Divizionu
Final
Çexiya 0 - 3 İspaniya
B Divizionu
Final
Portuqaliya 2 - 5 Zambiya (33-cü yer uğrunda)
C Divizionu
Final
Tunis 0 - 3 Belarus (65-ci yer uğrunda)
D Divizionu
Final
Kanada 2 - 4 Tacikistan (97-ci yer uğrunda)
E Divizionu
Final
Mərkəzi Afrika Respublikası 4 - 1 Banqladeş (129-cu yer uğrunda)
F Divizionu
Final
Yeni Zelandiya 2 - 1 Efiopiya (161-ci yer uğrunda)
Xatırladaq ki, oktyabrın 24-də start götürən turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak ediblər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutub. U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilib. Açılış və final görüşləri Bakı Kristal Zalında baş tutub. Azərbaycan millisi yarışı 84-cü pillədə başa vurub.
Oxşar xəbərlər
Kristian Pulişiç "Milan"la müqaviləsinin müddətini uzadıb
ABŞ millisinin hücumçusu Kristian Pulişiç İtaliyanın "Milan" klubu ilə yeni müqavilə imzalayıb. BAKU.WS xəbər verir ki, klubun rəsmi saytı futbolçunun yeni müqa...