İlham Əliyev Sadiq Əliyevə yüksək vəzifə verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın maliyyə nazirinə yeni müavin təyin olunub.
BAKU.WS "Report"a istinadla xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, həmin vəzifə Sadiq Əliyevə həvalə edilib. Bununla da, nazir müavinlərinin sayı 4-ə çatıb.
O, əmək fəaliyyətinə 2005-ci ildən özəl sektorda başlayıb, 2006-2019-cu illərdə Tarif (Qiymət) Şurasının Katibliyində müxtəlif rəhbər vəzifələrdə çalışıb, 2019-cu ildə İqtisadiyyat Nazirliyində Tarif siyasəti şöbəsinin müdiri vəzifəsini icra edib, 2019-2024-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri, 2024-2026-cı illərdə Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri olub, 8 yanvar 2026-cı ildən Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru işləyib.
S.Əliyev Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının (WAPES) İdarə Heyətinin üzvüdür.
Oxşar xəbərlər
Sadiq Əliyev kimdir? Maliyyə nazirinin yeni müavini haqqında DOSYE
Azərbaycanda maliyyə nazirinin yeni müavini vəzifəsinə təyinat olub. Sadiq Cabir oğlu Əliyev Maliyyə Nazirliyinin rəhbər heyətində təmsil olunacaq. BAKU.WS xəbə...