Şavkat Mirziyoyev türk xalqları arasında qardaşlıq bağlarının möhkəmləndirilməsinə görə İlham Əliyevə təşəkkür edib

Şavkat Mirziyoyev türk xalqları arasında qardaşlıq bağlarının möhkəmləndirilməsinə görə İlham Əliyevə təşəkkür edib
Siyasət 17

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) sədrliyi dövründə türk xalqları arasında qardaşlıq bağlarının möhkəmləndirilməsi və münasibətlərin yeni səviyyəyə yüksəldilməsi istiqamətində görülən mühüm işlərə görə Prezident İlham Əliyevə təşəkkür edib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Milli İnformasiya Agentliyi UzA-ya istinadən xəbər məlumat yayıb.

Dövlət başçısı bunu Ankarada keçirilən TDT sammitində çıxışı zamanı bildirib.

Mirziyoyev Azərbaycanın sədrliyinin təşkilata üzv ölkələr arasında əməkdaşlığın inkişafına verdiyi töhfəni xüsusi vurğulayıb.

Özbəkistan Prezidenti TDT-yə sədrliyi qəbul edən Türkiyənin iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə və yeni təşəbbüslərin konkret nəticələrlə zənginləşdirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bu missiyanın yerinə yetirilməsində uğurlar arzulayıb.

Mirziyoyev, həmçinin təşkilatın növbəti sammitini gələn il Özbəkistanda keçirməyə hazır olduqlarını bildirib.

Son xəbərlər