Azərbaycan–Gürcüstan Hökumətlərarası Komissiyasının 11-ci iclası keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində Baş nazirlər Əli Əsədov və İrakli Kobaxidzenin sədrliyi ilə Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 11-ci iclası keçirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, iclasda Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, ticarət-iqtisadi, investisiya, enerji, nəqliyyat-tranzit, kənd təsərrüfatı, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
İclasda Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq etdiyi, xüsusilə dövlətlərin suverenliyi və ərazi bütövlüyü məsələlərində qarşılıqlı dəstək nümayiş etdirdiyi məmnunluqla vurğulanıb. Ticarət-iqtisadi əməkdaşlığın müsbət dinamikası yüksək qiymətləndirilib. Gürcüstanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğu diqqətə çatdırılıb.
Nümayəndə heyətləri üzvlərinin gündəlikdə duran məsələlərə dair məruzələri dinlənilib.
İclasın yekununda Baş nazirlər Əli Əsədov və İrakli Kobaxidze Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 11-ci iclasının Protokolunu imzalayıblar.
Gürcüstanın Kaxetiya bölgəsinin Siqnaxi şəhərində Azərbaycan və Gürcüstan Baş nazirlərinin həmsədrliyi ilə İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclası başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, iclasda iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın aktual məsələlərinin müzakirəsi nəzərdə tutulur.
Görüş çərçivəsində enerji, nəqliyyat, investisiya, ticarət və digər sahələrdə əməkdaşlığın inkişafı, eləcə də regional əhəmiyyətli layihələrə diqqət yetiriləcək.
Müzakirələrdə Azərbaycan və Gürcüstanın əməkdaşlığında mühüm yer tutan Orta Dəhlizin inkişafı, tranzit imkanlarının genişləndirilməsi və regional nəqliyyat əlaqələrinin gücləndirilməsi məsələlərinin də gündəmdə olması gözlənilir.
Qalereya
Oxşar xəbərlər
Əli Əsədov: Tbilisi Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının tikintisinin başlanacağına ümidvarıq
Baş nazir Əli Əsədov yaxın zamanlarda Heydər Əliyev adına Tbilisi Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının tikintisinin yaxın zamanda başlanacağına umid...