Baş nazir: Azərbaycanın Gürcüstana investisiyaları 4 milyard dollara çatıb
Yeniliklərdən dərhal xəbərdar olun
İnvestisiya sahəsində Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq yaxşı dinamika nümayiş etdirir və Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran ölkədir - 4 mlrd. dollara yaxın.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Tbilisidə Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 11-ci iclasında çıxış edərkən deyib.
O qeyd edib ki, Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və cari ilin 9 ayı ərzində ticarət dövriyyəsi 42 % artaraq ötən ilin ümumi göstəricisini üstələmiş və 1 mlrd. dollara yaxınlaşıb.
Ə. Əsədov nəqliyyat-tranzit sahəsinin iki ölkə arasında əməkdaşlığın ən vacib istiqamətlərindən biri olduğunu deyib:
"Ölkələrimiz Orta Dəhlizin inkişafı naminə birgə səylərini davam etdirirlər. Orta Dəhlizin vacib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun tam potensialı ilə istismara verilməsi və yükaşırma qabiliyyətinin 5 milyon tonadək artırılması uğurlu işbirliyimizin bariz nümunəsidir".
Oxşar xəbərlər
Əli Əsədov: Tbilisi Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının tikintisinin başlanacağına ümidvarıq
Baş nazir Əli Əsədov yaxın zamanlarda Heydər Əliyev adına Tbilisi Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının tikintisinin yaxın zamanda başlanacağına umid...