Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılışında iştirak edib

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılışında iştirak edib
Foto
Siyasət 23

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib.

"Park türk xalqlarının ortaq tarixi və mədəni irsini, zəngin sivilizasiya ənənələrini və ümumi dəyərlərini təcəssüm etdirir. Bu təşəbbüs türk dövlətləri arasında mədəni əlaqələrin gücləndirilməsinə, xalqlar arasında qarşılıqlı anlaşma, həmrəylik və əməkdaşlığın təşviqinə töhfə verir", – paylaşımda bildirilib.

Son xəbərlər