Türkiyənin Respublika Günü Bakıda qeyd olundu - "Haber Global"ın süjeti
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycanın paytaxtı Bakıda da Türkiyə Respublikasının milli bayramı - 29 Oktyabr - Respublika Günü qeyd olunub".
BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" telekanalının videomaterialında məlumat verilib.
Süjetdə bildirilir ki, bununla bağlı "Türk şəhidliyi" abidəsində baş tutan mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün çıxış edib.
"Səfir çıxışında Türkiyə ilə Azərbaycan arasında dostluq və əməkdaşlığın ölkə rəhbərləri - Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin siyasi iradəsi, eləcə də Şuşa Bəyannaməsinin müəyyən etdiyi istiqamət üzrə daha da möhkəmləndiyini vurğulayıb. O, Qarabağda qazanılan zəfərin bölgədə sülhün, ədalətin və xalqların iradəsinin gücünü bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb", - deyə materialda bildirilib.
Oxşar xəbərlər
Hikmət Hacıyev "X" hesabında "AnewZ"un Qarabağ müharibəsi ilə bağlı filmini paylaşıb
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"...