Moskvaya doğru 862 PUA uçub, 170-i şəhərə yaxınlaşarkən zərərsizləşdirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın paytaxtı Moskva istiqamətində oktyabrın 29-dan 30-na keçən gecə kütləvi pilotsuz uçuş aparatları (PUA) hücumu qeydə alınıb.
BAKU.WS xəbər verir ki, Moskva meri Sergey Sobyaninin açıqlamasına görə, oktyabrın 29-u saat 20:30-dan oktyabrın 30-u saat 07:30-dək Moskva istiqamətində ümumilikdə 862 PUA hərəkət edib.
Mer bildirib ki, onların əksəriyyəti şəhərdən uzaq məsafədə zərərsizləşdirilib. Moskva ətrafında isə 170 PUA-nın qarşısı alınıb.
Qeyd edək ki, oktyabrın 29-na keçən gecə də Moskva istiqamətində genişmiqyaslı PUA hücumu qeydə alınmışdı. Həmin vaxt 613 pilotsuz aparatın vurulduğu bildirilmişdi.
Oxşar xəbərlər
Avtomobillərdə kiberhücum riski yaradan əsas boşluq bəlli oldu
Avtomobillərin multimedia sistemləri və internetə qoşulan tətbiqləri kiberhücumlar üçün ciddi risk mənbəyinə çevrilə bilər. Bu boşluqlar şəxsi məlumatların oğur...