Hökumətin xəbərdarlığından sonra əhali marketlərə axışdı: İngiltərə fövqəladə vəziyyətə hazırlaşır

Hökumətin xəbərdarlığından sonra əhali marketlərə axışdı: İngiltərə fövqəladə vəziyyətə hazırlaşır
Dünya 42

İngiltərə hökumətinin oktyabrın 22-də başlatdığı "Be Ready" kampaniyası ölkədə geniş əks-səda doğurub.

BAKU.WS xəbər verir ki, vətəndaşlardan mümkün fövqəladə hallara qarşı hazırlıqlı olmağın tələb edilməsi qısa müddətdə bazarda canlanma yaradıb.

Kampaniya çərçivəsində kəskin hava şəraiti, kiberhücumlar, elektrik və su kəintiləri kimi risklərə diqqət çəkilərək, ev təsərrüfatlarının əsas ehtiyaclarını ən azı 72 saat qarşılayacaq səviyyədə təminat yaratması tövsiyə olunub.

Səlahiyyətlilər hər bir şəxs üçün gündə təxminən 3 litr içməli su, uzunömürlü qidalar, fənər, batareyalı və ya əllə işləyən radio, həmçinin daşınabilən enerji bankları saxlanılmasını məsləhət görüblər.

Hökumətin bu çağırışı İngiltərədə alış-veriş vərdişlərinə dərhal təsir edib.

Bəzi supermarketlərdə konservləşdirilmiş məhsullara və qablaşdırılmış suya tələbat kəskin artıb, elektronika mağazalarında isə rekord satış rəqəmləri qeydə alınıb.

Fənər satışları %284, radio satışları %92, daşınabilən enerji banklarının satışları isə %106 artıb.

Şirkət rəsmiləri bəzi radio modellərinin ehtiyatının tamamilə tükəndiyini bildiriblər.

Mağazalar şəbəkəsində radio satışları əvvəlki həftə ilə müqayisədə %160 yüksəlib.

Həftə sonu konserv məhsullarının satışında %40 artım qeydə alınıb.

İngiltərə hökumətinin hazırlıq çağırışı yaxın zamanlarda hər hansı konkret hücum və ya fəlakətin baş verəcəyinə dair bir xəbərdarlıq xarakteri daşımır.

Kampaniyanın əsas məqsədi gözlənilməz elektrik və su kəntiləri, eləcə də ekstremal hava şəraiti zamanı ailələrin bir neçə gün ərzində öz ehtiyaclarını sərbəst qarşılaya bilməsini təmin etməkdir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər