İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu iddia edir
Yeniliklərdən dərhal xəbərdar olun
İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazının şərqində ABŞ istehsalı olan MQ-1 tipli pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.
BAKU.WS xəbər verir ki, qurumun yaydığı yazılı bəyanatda PUA-nın Sırik şəhəri istiqamətində İranın hava hücumundan müdafiə sistemi tərəfindən aşkar edilərək vurulduğu bildirilib.
ABŞ ordusu hadisə ilə bağlı hələlik açıqlama verməyib.
Qeyd edək ki, 1990-cı illərdə ABŞ tərəfindən istehsal edilən MQ-1 tipli PUA-lar əvvəlcə müşahidə və kəşfiyyat məqsədilə hazırlanıb. Sonradan bu aparatlar əlavə kameralar və raketlərlə təchiz edilib.
Oxşar xəbərlər
İtaliyaya getmək istəyənlərin DİQQƏTİNƏ! Qadağa qoyulur
İtaliyanın Sardiniya adasında 15 restoran ailələrin yemək zamanı telefondan istifadəsini məhdudlaşdıran pilot layihəyə qoşulub. BAKU.WS xəbər verir ki, bir ay d...