ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib

ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
Dünya 24

ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə təşkilatına qarşı sanksiyalar tətbiq edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.

Məlumata görə, Ruanda qruplaşmanı hərbi texnika, logistika yardımı və təlimlərlə təmin edib, həmçinin KDR-in şərqinə minlərlə hərbçi göndərib. Ruandanın dəstəyi ilə M23 bir sıra iri yaşayış məntəqələrini və faydalı qazıntıların hasil olunduğu əraziləri ələ keçirib.

ABŞ-nin iddiasına görə, M23-ə dəstək göstərilməsində mühüm rol oynayan "Zigama Credit and Savings Society" maliyyə təşkilatına qarşı da sanksiyalar tətbiq edilib.

Birləşmiş Ştatların maliyyə naziri Skott Bessent Ruandanı qruplaşmaya dəstəyi dayandırmağa və qoşunlarını KDR-in şərq hissəsindən çıxarmağa çağırıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər