Sosial şəbəkə trendləri gəncləri hansı riskə aparır?

Sosial şəbəkə trendləri gəncləri hansı riskə aparır?
Video
Sosial 73

Sosial şəbəkələrdə ideal görünüş əldə etmək istəyi bəzən sağlamlıq üçün ciddi təhlükələrə yol açır.

BAKU.WS Baku TV-yə istinadla xəbər verir ki, son dövrlərdə 15-26 yaş arası gənclər arasında üz cizgilərini daha kəskin göstərmək məqsədi daşıyan "Bonesmashing" adlı təhlükəli trend yayılıb.

Bu üsula əl atanlar daha sərt çənə xətti və qabarıq almacıq sümükləri əldə etmək ümidi ilə üzlərinə çəkiclə zərbələr endirirlər.

Mövzu ilə bağlı Baku TV-nin keçirdiyi sorğu zamanı sakinlər bu trendi düzgün hesab etmədiklərini bildiriblər. Onların fikrincə, xarici görünüş naminə sağlamlığı təhlükəyə atmaq məntiqli deyil.

"Sifətinə niyə çəkiclə zərbə endirəsən ki?! Bir az arıqlasan, formaya düşür axı", - deyə vətəndaşlardan biri söyləyib.

Mütəxəssislərin sözlərinə görə, üz sümüklərinə qəsdən zərbə endirilməsi sümük sınıqları, qanaxma, sinir zədələnməsi və hissiyyat itkisi kimi ağır fəsadlara yol aça bilər.

Bəs gəncləri gözəllik naminə sağlamlıqlarını riskə atmağa nə vadar edir?

Psixoloqlar bunu sosial mühitin təsiri, gözəllik standartları və gənclərin öz xarici görünüşlərindən narazılığı ilə əlaqələndirirlər. Onların fikrincə, gənclər bəzən müəyyən qrupa aid olmaq və başqaları tərəfindən bəyənilmək üçün sosial şəbəkələrdə gördükləri görünüş standartlarına uyğunlaşmağa çalışırlar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər