Dermatoloqdan isti duşla bağlı XƏBƏRDARLIQ
Yeniliklərdən dərhal xəbərdar olun
Uşaqlara, yaşlılara və quru dəri problemi olan şəxslərə çox isti su ilə çimmək tövsiyə edilmir. Belə su dərinin qoruyucu yağ təbəqəsini zədələyə və onun müdafiə funksiyasını zəiflədə bilər.
BAKU.WS xəbər verir ki, bu barədə dermatoloq Yuliya Qallyamova açıqlama verib.
Həkimin sözlərinə görə, xüsusilə atopik dermatitdən, allergiyadan və dəri quruluğundan əziyyət çəkən şəxslər isti sudan uzaq durmalıdırlar. Mütəxəssis bildirib ki, isti su dərinin su-lipid təbəqəsini yuyaraq mikrobiomun fəaliyyətinə mənfi təsir göstərir. Bu isə dərinin müdafiə mexanizmlərini zəiflədə bilər.
Qallyamova qeyd edib ki, belə şəxslər çox isti suda qalma müddətini 3–5 dəqiqədən artıq etməməlidirlər.
Dermatoloq əlavə edib ki, gənc və sağlam insanlar, xüsusilə yağlı dəriyə sahib olanlar üçün isti su ilə yuyunmaq daha az risklidir. Onun sözlərinə görə, suyun optimal temperaturu 38–40 dərəcədir.
Oxşar xəbərlər
Xidməti maşından şəxsi işlər üçün istifadə qadağan olunur
"Maraqlar toqquşması haqqında" qanun layihəsində vəzifəli şəxslərin dövlət və bələdiyyə əmlakından şəxsi maraqları naminə istifadə etməsinə məhdudiyyət nəzərdə...