Əhalinin DİQQƏTİNƏ! Oktyabrın 31-də...

Əhalinin DİQQƏTİNƏ! Oktyabrın 31-də...
Sosial 125

Oktyabrın 30-dan 31-nə keçən gecə Yer kürəsində zəif və orta intensivlikli maqnit qasırğası başlaya bilər. Hadisənin təxminən 12–15 saat davam edəcəyi gözlənilir.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Alimlərin ilkin hesablamalarına görə, geomaqnit dalğalanmaları oktyabrın 31-də günün birinci yarısında daha çox hiss olunacaq. Həmçinin maqnit qasırğasının ilk saatlarında qütb parıltılarının müşahidə edilməsi mümkündür.

Mütəxəssislərin sözlərinə görə, maqnit qasırğaları əsasən Günəş küləyinin axınları və Günəş tacından atılan plazma kütlələri nəticəsində yaranır. Güclü plazma axınlarının Yer kürəsinin maqnit sahəsi ilə toqquşması geomaqnit pozuntularına səbəb olur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər