Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevlə bağlı qərar verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin cəzası 6 ay azaldılıb.
BAKU.WS "Report"a istinadla xəbər verir ki, bu barədə qərar Ali Məhkəmədə verilib.
Qeyd edək ki, o, 2025-ci ilin aprel ayında saxlanılıb.
Hacı Vəliyev Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunub.
Daha sonra ona elan olunmuş Cinayət Məcəlləsinin və 186.1-ci maddəsi ilə bağlı ittiham ləğv olunub. Hacı Vəliyev Tovuz Rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya instansiyası onun şikayətini təmin etməyib.
Oxşar xəbərlər
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB
Paytaxtda Ağ Şəhər ərazisində mövcud olan və avtomobillərin üzərindən keçərkən atılıb-düşməsinə səbəb olan tramplin müzakirələrə səbəb olub. BAKU.WS xəbər veri...