ABŞ-də nüvə laboratoriyasında yanğın: radioaktiv maddələr sızdı
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Cənubi Karolina ştatında yerləşən nüvə kompleksində yanğın baş verib. Hadisə zamanı radioaktiv maddələrin ətraf mühitə sızması qeydə alınıb. Təhlükəsizlik tədbirləri çərçivəsində kompleksə giriş məhdudlaşdırılıb, yaxınlıqdakı nəqliyyatın hərəkətinə də müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
BAKU.WS xəbər verir ki, bu barədə "WRDW" telekanalı kompleksin administrasiyasına istinadən məlumat yayıb.
Yanğın ABŞ Energetika Nazirliyinin nəzdində fəaliyyət göstərən Savanna-River Milli Laboratoriyasının ərazisindəki otaqlardan birində baş verib. Məlumata görə, hadisə zamanı radioaktiv maddələrin yer səviyyəsində filtrlənmədən xaricə çıxması qeydə alınıb. Yanğının artıq söndürüldüyü bildirilib.
Kompleksin administrasiyası ilkin açıqlamasında ərazidən kənarda hər hansı fəsadın yarandığını göstərən əlamətlərin olmadığını qeyd edib. Bununla belə, hadisənin səbəbi hələlik açıqlanmayıb.
Fövqəladə vəziyyət rejimi yerli vaxtla oktyabrın 28-də saat 17:39-da elan edilib. Ehtiyat tədbiri olaraq kompleksə giriş bağlanıb, yaxınlıqdakı dəmir yolu, çay və hava nəqliyyatının hərəkəti məhdudlaşdırılıb.
Oxşar xəbərlər
İtaliyaya getmək istəyənlərin DİQQƏTİNƏ! Qadağa qoyulur
İtaliyanın Sardiniya adasında 15 restoran ailələrin yemək zamanı telefondan istifadəsini məhdudlaşdıran pilot layihəyə qoşulub. BAKU.WS xəbər verir ki, bir ay d...