Məcnun Məmmədov: "Azərbaycanda ərzaqlıq buğda istehsalı 170 min tonu ötüb"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda ərzaqlıq buğda istehsalı 170 min tonu ötüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, dənli bitkilərin artırılması hədəfi daha az resursla, yəni daha az torpaqdan və daha suyla istifadə edərək məhsuldarlığın artırılması istiqamətində hədəf götürülüb: "Bunun üçün "Ərzaqlıq buğda" proqramını və "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"da bunun genişləndirilməsi nəzərdə tutulur. Həmin "Ərzaqlıq buğda" proqramı çərçivəsində 2025-ci ildə 126 min ton əgər ərzaqlıq buğda proqramı çərçivəsində məhsul istehsal olunmuşdusa, 2026-cı ildə bu artıq 170 min tonu keçmişdi və biz hər il bu artıqları müşahidə edirik".
Nazirin fikrincə, burada sevindirici hal o məqamdır ki, ölkə üzrə taxıl məhsuldarlığı bu il 33-34 sentner təşkil etmişdisə, məhz "Ərzaqlıq buğda" proqramında və müasir suvarma altında məhsuldarlıq 54 sentnerdən artıqdır.
O əlavə edib ki, görülən tədbirlər – müasir suvarmanın tətbiqi, lazer mala vasitəsilə hamarlaşdırma, keyfiyyətli toxumlardan istifadə, müasir aqrotexniki tədbirlərin həyata keçirilməsi, həmçinin sahələrdə gübrələmə və dərmanlama işlərinin dronlar vasitəsilə vaxtında icra olunması məhsuldarlığa öz müsbət təsirini göstərir.
Nazir vurğulayıb ki, bundan sonrakı əsas hədəf əkin sahələrini genişləndirmək deyil, daha az sahədən daha yüksək məhsuldarlıq əldə etmək və bununla da məhsul istehsalını artırmaqdır.
Oxşar xəbərlər
Kredit götürmək istəyənlərə VACİB XƏBƏR - Yeni qaydalar tətbiq olunur
"Bank kreditlərinin verilməsi ilə bağlı köklü dəyişikliklərin tətbiqi nəzərdə tutulmur. Mərkəzi Bankın müəyyən etdiyi yeni tələblər əsasən kommersiya banklarını...