Rusiya Futbol İttifaqı və FİFA rəhbərliyi Bakıda görüşəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Futbol İttifaqının (RFİ) baş katibi Maksim Mitrofanov Bakıya gəlib. Oktyabrın 31-də paytaxtda başa çatacaq yeniyetmələr arasında dünya çempionatı və FİFA-nın 2026-cı il futbol festivalı çərçivəsində qurumun prezidenti Canni İnfantinonun da Bakıya səfəri gözlənilir.
BAKU.WS Rusiya mətbuata istinadən xəbər verir ki, bu səfər zamanı RFİ və FİFA rəhbərliyinin görüş keçirəcəyi ehtimal olunur.
Tərəflərin müzakirə edəcəyi əsas məsələlərdən birinin Rusiya milli və klub komandalarının beynəlxalq futbol yarışlarına qayıtması perspektivləri olacağı bildirilir.
Qeyd edək ki, Rusiyanın futbola qayıdışı ilə bağlı xokkeydəki ssenarinin təkrarlanmasının hələlik real görünmədiyi bildirilir. Xokkeydə Rusiyanın beynəlxalq yarışlardan kənarlaşdırılması mütəmadi olaraq uzadıldığı halda, futbolda İdman Arbitraj Məhkəməsinin (CAS) bu ölkə ilə bağlı müddətsiz qərarı mövcuddur.
Xatırladaq ki, bundan əvvəl Rusiya milli xokkey komandasının 2022-ci ildən sonra ilk dəfə beynəlxalq yarışlarda iştirakına icazə verildiyi açıqlanmışdı.
Oxşar xəbərlər
Azərbaycan millisi FIFA U-15 dünya çempionatında sonuncu matçını keçirib
Azərbaycan millisi FIFA U-15 dünya çempionatı və festivalında bu gün sonuncu matçına çıxıb. BAKU.WS report-a istinadən xəbər verir ki, Famil Xəlilovun baş məşqç...