"Liverpul" "Qalatasaray"ın yeni transferinə "elçi düşüb"

Liverpul Qalatasarayın yeni transferinə elçi düşüb
İdman 32

İngiltərənin "Liverpul" klubu "Qalatasaray"ın yarımmüdafiəçisi Aleksey Batrakova maraq göstərir. Mersisayd təmsilçisinin skautları futbolçunun çıxışını canlı izləmək üçün Çempionlar Liqasının oyununa xüsusi hazırlıq görüb.

BAKU.WS "Sözcü" nəşrinə istnadən xəbər verir ki, "Liverpul"un nümayəndələri "Qalatasaray" və "Ştutqart" arasında keçiriləcək Çempionlar Liqasının qrup mərhələsi matçı üçün stadionda bütöv bir loj satın alıblar.

Məqsəd rusiyalı yarımmüdafiəçi Aleksey Batrakovun oyununu yaxından izləməkdir. Bildirilir ki, futbolçuya təkcə "Liverpul" deyil, İngiltərənin digər klubları da maraq göstərir. "Arsenal", "Tottenhem", "Brayton", "Mançester Yunayted", "Çelsi" və "Mançester Siti" ilə yanaşı, Fransanın PSJ və "Monako" klublarının da Batrakovu izlədiyi qeyd olunur.

Aleksey Batrakov bu ilin yayında "Qalatasaray"a keçib. O, Türkiyə klubunun heyətində Çempionlar Liqasında üç qarşılaşmada meydana çıxıb və iki qola imza atıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər