Ronaldo 15 dəqiqəyə het-trik etdi: 1000 qol rekorduna daha bir addım yaxınlaşdı

Ronaldo 15 dəqiqəyə het-trik etdi: 1000 qol rekorduna daha bir addım yaxınlaşdı
İdman 38

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo növbəti dəfə diqqət mərkəzinə düşüb. 41 yaşlı hücumçu Səudiyyə Ərəbistanı çempionatında möhtəşəm çıxışı ilə yadda qalıb və komandasının qələbəsində əsas pay sahibi olub.

BAKU.WS xəbər verir ki, Səudiyyə Ərəbistanı Pro Liqasının 12-ci turunda "Əl-Nəsr" öz meydanında "Əl-Xulud"u qəbul edib. Gərgin və bolqollu qarşılaşma meydan sahiblərinin 5:3 hesablı qələbəsi ilə başa çatıb.

Matçın ilk hissəsi 2:2 hesabı ilə yekunlaşıb. Lakin fasilədən sonra səhnəyə Kriştiano Ronaldo çıxıb. Portuqaliyalı futbolçu 66, 72 və 81-ci dəqiqələrdə rəqib qapısına yol taparaq het-trik edib. Beləliklə, o, cəmi 15 dəqiqə ərzində üç qol vurmaqla komandasına qələbə qazandırıb.

Bu het-trik Ronaldo üçün xüsusi əhəmiyyət daşıyır. O, 908 günlük fasilədən sonra yenidən "Əl-Nəsr"in heyətində bir oyunda üç qol vurmağa nail olub. Sonuncu dəfə belə nəticəni 2024-cü il mayın 4-də "Əl-Vəhda" ilə qarşılaşmada göstərmişdi.

"Əl-Xulud"la oyunda vurduğu qollarla Ronaldo karyerası ərzindəki het-triklərinin sayını 67-yə, rəsmi oyunlardakı ümumi qol sayını isə 985-ə çatdırıb. Bununla da futbol tarixində rəsmi matçlarda 1000 qol vuran ilk oyunçu olmaq hədəfinə cəmi 15 qol yaxınlaşıb.

Qeyd edək ki, bu qələbədən sonra "Əl-Nəsr" xallarının sayını 28-ə yüksəldib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər