Abşeronda güclü yanğın - 7 tonu KÜL OLDU

Abşeronda güclü yanğın - 7 tonu KÜL OLDU
Video
Hadisə 47

Abşeron rayonu, Hökməli qəsəbəsində yanğın baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən tövlədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 80 kvadratmetr olan taxta konstruksiyalardan ibarət tövlə və ətrafına yığılmış 14 ton ot bağlamasının 7 tonu yanıb.

Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər