Sabunçuda minik avtomobili yük avtomobilinə çırpılıb, ölən var
30
okt
2026
09:46
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda minik avtomobili yük avtomobili ilə toqquşması nəticəsində bir nəfər ölüb.
"Report" xəbər verir ki, hadisə Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb. Nəcəfzadə Bahəddin Əfqan oğlu idarə etdiyi "Lada Granta" markalı avtomobil ilə Seyidov Şamo Hüseynağa oğlunun idarə etdiyi "Man " markalı yük avtomobilin yarımqoşqusuna dəyib.
Sürücü B.Nəcəfzadə Neyrocərahiyyə klinikasına aparılıb, lakin onun həyatını xilas eləmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Abşeronda güclü yanğın - 7 tonu KÜL OLDU
Abşeron rayonu, Hökməli qəsəbəsində yanğın baş verib. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqə...