Bu rayonda 300 metrlik bənd yenidən qurulur - 3.2 milyon manat ayrıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatala rayonunda sel və daşqın sularına qarşı mühafizə tədbirləri çərçivəsində mövcud daş-beton bəndlərdən birinin əsaslı təmiri nəzərdə tutulur. Layihənin əsas məqsədi Katexçay çayında suyun səviyyəsi artarkən Qəbizdərə kəndini mümkün daşqın və sel təhlükəsindən qorumaqdır.
BAKU.WS-in məlumatına görə, bu işlərin həyata keçirilməsi üçün Regional Su Meliorasiya Xidməti tərəfindən 3 milyon 206 min manat dəyərində satınalma elan edilib.
Layihə çərçivəsində Katexçay çayının Qəbizdərə kəndini qoruyan 300 metr uzunluğunda daş-beton bənd əsaslı təmir olunacaq. İşlərə çay yatağında və bənd ərazisində qruntun qazılması, artıq torpağın kənarlaşdırılması, daşınması, eləcə də xəndək və çalaların doldurulması daxildir.
Qeyd edək ki, bəndin əsaslı təmiri nəticəsində Qəbizdərə kəndinin sel və daşqın sularından mühafizəsinin gücləndirilməsi, yaşayış evlərinin, təsərrüfat sahələrinin və əmlakın mümkün zərərdən qorunması gözlənilir. Eyni zamanda, çayda suyun səviyyəsinin yüksəldiyi dövrlərdə daşqın riskinin azaldılması və sakinlərin təhlükəsizliyinin təmin olunması baxımından layihənin əhəmiyyətli olacağı ehtimal edilir.
Oxşar xəbərlər
Azərbaycanda istilik mövsumu bəzi yerlərdə 15 gün tez başlayacaq
Naxçıvan şəhərində 2026-2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-də start veriləcək. BAKU.WS xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətindən Oxu.Az-a...