NATO komandanı Rusiya ilə müharibə ehtimalından danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Rusiya Federasiyası ilə müharibəsi qaçılmaz deyil. Lakin Moskva alyans üçün təhdid təşkil edir.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Aleksus Qrinkeviç LSM nəşrinə verdiyi müsahibədə danışıb.
"Hesab edirəm ki, zərurət yaranmazdan əvvəl, hazırkı dövrdə bu dayanıqlılığı gücləndirmək çox vacibdir. Bununla belə, bir daha vurğulayıram ki, münaqişəni qaçılmaz hesab etmirəm. Biz sadəcə olaraq buna hazır olduğumuza əmin olmalıyıq", - deyə NATO-nun baş komandanı qeyd edib.
Qrinkeviçin sözlərinə görə, hərbi-siyasi blokun potensialının artırılması ABŞ Prezidenti Donald Trampın "güc yolu ilə sülh" prinsipinin praktikada tətbiqidir.
O əlavə edib ki, ehtimal olunan müharibəyə hazırlıq prosesi əslində toqquşmadan yayınmağın ən yaxşı yoludur.
General həmçinin bildirib ki, müttəfiqlər alyans institutlarının daha da möhkəmləndirilməsi üçün Latviya və NATO-nun şərq cinahında yerləşən digər dövlətlərin təcrübəsindən dərs çıxara bilərlər.
Oxşar xəbərlər
Çində yeni tendensiya - Gənclər ev heyvanı əvəzinə mamır basmış kərpic saxlayırlar
Çində gənclər arasında qeyri-adi hobbi populyarlaşıb. Belə ki, onlar ev heyvanı əvəzinə üzərində mamır yetişən kərpiclər saxlayırlar. BAKU.WS xəbər verir ki, b...