"Neftçi" "Şamaxı"ya qalib gələrək liderliyə yüksəldi
Yeniliklərdən dərhal xəbərdar olun
Misli Premyer Liqasının X turunda "Neftçi" səfərdə "Şamaxı"nı 3:2 hesabı ilə məğlub edib.
BAKU.WS xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən qarşılaşmada qonaqların heyətində Qustavo Klisman, Breno Almeyda və Adeleke Akinyemi fərqləniblər. Ev sahiblərinin qollarını isə Abdullahi Şuaybu və Ayman Bouali vurublar.
Bu qələbə ilə xallarını 21-ə çatdıran "Neftçi" turnir cədvəlinin lideri olub. "Şamaxı" isə 13 xalla yeddinci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun digər oyunlarında "Turan Tovuz" "Sabah"ı 3:2 hesabı ilə məğlub edib. "Araz-Naxçıvan" – "Zirə" (2:2) və "Qəbələ" – "Qarabağ" (0:0) matçları isə heç-heçə başa çatıb.
Oxşar xəbərlər
"Neftçi" səfərdə "Şamaxı" ilə qarşılaşacaq
Misli Premyer Liqasının X turunda bu gün daha 2 matç keçiriləcək. BAKU.WS xəbər verir ki, günün ilk oyununda "Neftçi" səfərdə "Şamaxı" ilə üz-üzə gələcək. Qarşı...