Azərbaycan Cüdo Federasiyası adaptiv cüdo kursunun praktiki məşğələsini keçirib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Cüdo Federasiyasının (ACF) məşqçilər üçün təşkil etdiyi adaptiv cüdo kursunun praktiki məşğələsi baş tutub.
Bu barədə BAKU.WS-ə ACF-nin mətbuat xidmətindən bildirilib.
Tədbirdə Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidenti, olimpiya mükafatçısı Mövlud Mirəliyev, olimpiya çempionu Zelim Kotsoyev və dünya çempionu Əhməd Yusifov məşğələyə qoşularaq adaptiv cüdo qrupunun üzvləri ilə birlikdə tatamiyə çıxıblar.
Qonaqlar uşaqlarla birgə müxtəlif hərəkət və tapşırıqları yerinə yetirib, onlarla ünsiyyət qurub və məşğələdə fəal iştirak ediblər. Səmimi atmosferdə keçən məşğələ iştirakçılar üçün həm motivasiya, həm də xoş xatirə olub.
Bu cür görüşlərin adaptiv cüdonun yalnız fiziki hazırlıq deyil, eyni zamanda, ünsiyyət, sosiallaşma və inklüzivliyin təşviqi baxımından da mühüm rol oynadığı bildirilib.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Uşanqi Kokauri gümüş medal qazanıb
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirinin son günündə Azərbaycan cüdoçusu Uşanqi Kokauri (+100 kq) gümüş medal qaza...