Göyçayda müəmmalı ölüm: Ailənin yeganə övladının meyiti tapıldı

Göyçayda müəmmalı ölüm: Ailənin yeganə övladının meyiti tapıldı
Foto
Hadisə 52

Göyçayda 28 yaşlı kişinin meyiti şəhər ərazisində yerləşən köhnə yarımtikilidə aşkarlanıb.

BAKU.WS Metbuat.az-a istinadən xəbər verir ki, meyiti tapılan şəxs şəhər sakini, 1998-ci il təvəllüdlü Elçin Elman oğlu Əzizovdur.

Məlumata görə, mərhum subay olub və ailənin yeganə övladı imiş. O, Fövqəladə Hallar Nazirliyinin (FHN) Göyçay Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı olub.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər