Avropa limanlarında 60 min ton Rusiya gübrəsi bloklanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Afrika ölkələrinə göndərilməsi nəzərdə tutulan təxminən 60 min ton Rusiya mineral gübrəsi Avropa limanlarında bloklanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Anna Yevstiqneyeva açıqlama verib.
Onun sözlərinə görə, sanksiyalardan sonra Latviya, Estoniya, Belçika və Niderland limanlarında ümumilikdə 262 min ton Rusiya gübrəsi saxlanılıb. Rusiya 2022-ci ildə bu məhsulları ehtiyacı olan ölkələrə, xüsusilə Afrika dövlətlərinə ödənişsiz verməyi təklif edib.
Yevstiqneyeva bildirib ki, sanksiyalara baxmayaraq, Rusiya Malavi, Keniya, Nigeriya, Zimbabve, Şri-Lanka və Banqladeşə 200 min tondan çox gübrə çatdıra bilib.
Oxşar xəbərlər
Kiyevliləri çətin qış gözləyə bilər
Ukraynanın paytaxtı Kiyevdə qarşıdan gələn qış mövsümündə istilik, elektrik enerjisi və kanalizasiya təchizatı ilə bağlı ciddi problemlər yarana bilər. BAKU.WS...