Dəniz quldurları 23 nəfərin olduğu İran balıqçı gəmisini ələ keçirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Somalili dəniz quldurları göyərtəsində 23 nəfərin olduğu İranın "Azini" adlı balıqçı gəmisini ələ keçiriblər.
BAKU.WS xəbər verir ki, bu barədə Associated Press (AP) Hind okeanında Dəniz Təhlükəsizliyi Mərkəzinə (MSCIO) istinadən məlumat yayıb.
Məlumata görə, gəmi Somalinin şimal-şərq sahillərində, Bandar-Beyla və Hafun şəhərləri arasında hücuma məruz qalıb.
Puntlend muxtar bölgəsinin dəniz polisindəki mənbənin bildirdiyinə görə, gəminin göyərtəsində 21 İran vətəndaşı və iki somalili mühafizəçi olub. Hücumda ümumilikdə 12 quldurun iştirak etdiyi bildirilir.
Hazırda ekipaj üzvlərinin vəziyyəti ilə bağlı ətraflı məlumat yoxdur.
Qeyd edilib ki, ələ keçirilən gəmi ticarət gəmilərinə hücumlar üçün üzən baza kimi istifadə oluna bilər.
Avropa İttifaqının "Atalanta" hərbi-dəniz əməliyyatı insidentlə bağlı araşdırmaya başlayıb. Qurum bölgədə hərəkət edən gəmiləri ehtiyatlı olmağa və şübhəli fəaliyyətlər barədə məlumat verməyə çağırıb.
Bundan əvvəl isə Qətər sahillərində, Fars körfəzində bir tankerin atəşə tutulması barədə məlumat yayılmışdı.
Oxşar xəbərlər
ABŞ-də yaşayış ərazisinə təyyarə düşüb: 9 nəfər ölüb
ABŞ-nin Florida ştatında "Learjet 60" tipli özəl təyyarənin yaşayış ərazisinə düşməsi nəticəsində göyərtədə olan 9 nəfərin hamısı həlak olub. BAKU.WS xəbər veri...