Cənubi Koreya prezidentinin və administrasiya əməkdaşlarının məlumatları sızdırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Cənubi Koreya Prezidenti Li Çje Myonun və prezident administrasiyasının əməkdaşlarının şəxsi məlumatları sızdırılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
KBS teleradio şirkətinin məlumatına görə, prezident, administrasiya və Xarici İşlər Nazirliyinin əməkdaşları, eləcə də administrasiyanın işini işıqlandıran jurnalistlər daxil olmaqla 168 nəfərin şəxsi məlumatları "Sərnişin siyahısı (Koreya Respublikası – Belçika)" adı altında dərc edilib.
Siyahının Linin iyun ayında Belçika, İtaliya və Fransaya səfəri zamanı prezident təyyarəsindəki sərnişinlərlə bağlı olduğu ehtimal edilir.
KBS telekanalı bildirib ki, fayl yükləmək üçün əlçatan olub və hətta prezidentin səfərindən əvvəl, iyunun 2-də dərc edilib.
Oxşar xəbərlər
Belçikanın baş naziri istefa ərizəsini krala təqdim edib
Belçikanın Baş naziri Bart De Vever 2027-ci ilin dövlət büdcəsi ilə bağlı koalisiya danışıqlarının nəticəsiz qalması səbəbindən istefa ərizəsini krala təqdim ed...