Belçikanın baş naziri istefa ərizəsini krala təqdim edib

Belçikanın baş naziri istefa ərizəsini krala təqdim edib
Dünya 10

Belçikanın Baş naziri Bart De Vever 2027-ci ilin dövlət büdcəsi ilə bağlı koalisiya danışıqlarının nəticəsiz qalması səbəbindən istefa ərizəsini krala təqdim edib.

BAKU.WS xəbər verir ki, bu barədə kral sarayının rəsmi bəyanatında bildirilib.

Adətən monarx hökumət başçısının ilk istefa müraciətini qəbul etmir və ona danışıqları davam etdirmək üçün əlavə vaxt verir. Bu zaman siyasi böhranın qarşısını almaq məqsədilə partiyalar arasında kompromis əldə olunması ehtimalı yaranır.

Belçika hökumətinin büdcəsində hər il təxminən 10 milyard avroluq çatışmazlıq yaranıb. Hərbi xərclərin artdığı bir vaxtda bu vəsaitin ya sosial xərclərin azaldılması, ya da vergilərin artırılması hesabına təmin edilməsi nəzərdə tutulur.

2025-ci ildə Belçikanın dövlət borcu 735 milyard avroya, yəni ümumi daxili məhsulun 110 faizinə çatıb. Bart De Vever büdcə kəsirinin yeni borclanmalar hesabına bağlanmasının və dövlət borcunun daha da artmasının qarşısını almağa çalışır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər